Məxfilik siyasəti
Kulino hansı məlumatları saxlayır, nə üçün, kimə ötürür və onları necə sildirmək olar.
Kim cavabdehdir
Kulino xidmətini NM Soft MMC göstərir: Bakı, Məhəmməd Xiyabani küçəsi 33. Əlaqə: info@nmsoft.az, +994 50 979 97 98.
Siyasət bu xidmətlərə aiddir: kulino.az saytı, app.kulino.az kassa sistemi, restoranların QR menyusu və Kulino mobil tətbiqi (iOS və Android).
Restoranın işçiləri və qonaqları haqqında məlumatı restoranın özü daxil edir və idarə edir. NM Soft bu məlumatı restoranın adından saxlayır və yalnız xidməti göstərmək üçün istifadə edir.
İşçilər haqqında
- Ad, soyad və e-poçt ünvanı.
- Parol, PIN və giriş kartının kodu. Üçü də yalnız geri çevrilməyən şəkildə (hash) saxlanılır; heç kim, o cümlədən biz, onları oxuya bilmir.
- SMS ilə təsdiq açıqdırsa, mobil nömrə.
- İş qrafiki, işə gəlmə və çıxma vaxtı.
- Sistemdə edilən əməliyyatlar: kim sifariş açıb, kim ləğv edib, kim endirim təsdiqləyib. Bu, restoranın nəzarəti üçündür.
- Girişin təhlükəsizliyi üçün: uğursuz giriş cəhdlərinin IP ünvanı və girişin edildiyi brauzer və ya cihazın növü.
Restoranın qonaqları haqqında
QR menyudan verilən sifariş anonimdir. Yalnız masa nömrəsi, seçilən yeməklər və qonağın yazdığı qeyd saxlanılır. Ofisiant çağırışı da eyni cürdür. Ad, telefon və cihaz məlumatı soruşulmur.
Qonaq özü istəsə, bunları verə bilər:
- Bonus hesabı: mobil nömrə və ad. Nömrə SMS kodu ilə təsdiqlənir.
- Rəy: qiymət, şərh və könüllü olaraq telefon nömrəsi.
Restoran öz işi üçün bunları daxil edə bilər:
- Müştəri bazası: ad, telefon, e-poçt, doğum günü, qeyd, ziyarət sayı və xərclənən məbləğ.
- Rezervasiya: qonağın adı, telefonu, qonaq sayı və vaxt.
- Çatdırılma platformalarından gələn sifarişlər (Wolt, Bolt Food, Yandex Eats): platformanın ötürdüyü sifariş məlumatı, o cümlədən alıcının adı, telefonu və ünvanı.
Mobil tətbiq
- Bildiriş göndərmək üçün cihazın bildiriş kodu (push token) və əməliyyat sistemi (iOS və ya Android). Hesabdan çıxanda kod silinir.
- Cihazın özündə, qorunan yaddaşda (iOS Keychain, Android Keystore): girişi yadda saxlayan açar, seçilmiş filial və kilidin açıq-qapalı olması.
- Face ID və barmaq izi cihazdan çıxmır. Tətbiq yalnız «təsdiqləndi / təsdiqlənmədi» cavabını alır.
- Tətbiqdə reklam, analitika və ya xəta izləmə xidməti yoxdur.
Sayt, kukilər və brauzer yaddaşı
- kulino.az kuki yazmır və ziyarətçini izləmir. Şriftlər Google Fonts-dan yüklənir, ona görə brauzeriniz Google-a IP ünvanınızı göndərir.
- app.kulino.az girişi saxlamaq üçün bir kuki yazır:
kulino_refresh, 30 gün. Başqa kuki yoxdur. - QR menyu kuki yazmır. Bonus hesabına girən qonağın telefonunda, brauzer yaddaşında, onun hesab açarı və nömrəsi saxlanılır ki, hər dəfə yenidən daxil olmasın. Açıq ofisiant çağırışı da orada saxlanılır.
Məlumat nə üçün istifadə olunur
- Xidməti göstərmək: sifariş, ödəniş, hesabat, anbar, rezervasiya, bonus.
- Hesabları qorumaq: giriş, SMS ilə təsdiq, parol təxmin etmə cəhdlərinin qarşısını almaq.
- Bildiriş: məsələn, kassir endirim istəyəndə restoran sahibinə xəbər vermək.
- Qanuni öhdəliklər: fiskal çek və mühasibat qeydləri.
Məlumatı satmırıq və reklam üçün istifadə etmirik.
Kimə ötürülür
- LSIM (Azərbaycan): SMS ilə təsdiq kodu göndərmək üçün mobil nömrə və kodun mətni.
- Apple və Google: telefona bildiriş çatdırmaq üçün bildiriş kodu və bildirişin mətni. Mətndə ad yoxdur, yalnız əməliyyat və məbləğ olur, məsələn «Masa 7 · 15% endirim».
- E-kassa: fiskal çekdə yalnız məhsullar, qiymətlər və ödəniş üsulu olur, alıcı haqqında məlumat olmur. Çek restorandakı fiskal aparata göndərilir.
- Restoranın özünün qoşduğu sistemlər: restoran öz proqramını Kulino-ya qoşubsa (webhook), yeni rezervasiyada qonağın adı həmin proqrama ötürülür.
Qanunun tələb etdiyi hallar istisna olmaqla, məlumat başqa heç kimə verilmir.
Nə qədər saxlanılır
Məlumat restoranla xidmət müqaviləsi qüvvədə olduğu müddətcə saxlanılır. Müqavilə bitəndə restoranın məlumatı onun sorğusu ilə silinir. Qanunla saxlanması tələb olunan mühasibat və fiskal qeydlər istisnadır.
Hüquqlarınız və məlumatın silinməsi
Haqqınızda hansı məlumatın saxlandığını öyrənə, onu düzəltdirə və ya silinməsini tələb edə bilərsiniz.
- İşçisinizsə: restoranın rəhbərinə müraciət edin. O, hesabınızı dərhal söndürə bilər. Tam silinmə üçün info@nmsoft.az ünvanına yazın.
- Restoranın qonağısınızsa: həmin restorana və ya info@nmsoft.az ünvanına yazın. Bonus hesabının silinməsini də bu yolla istəyə bilərsiniz.
Mobil tətbiqdə qeydiyyat yoxdur, hesabları restoranın idarəçisi yaradır. Hesabın silinməsi də yuxarıdakı yolla edilir.
Müraciətə 30 gün ərzində cavab veririk.
Təhlükəsizlik
- Bütün əlaqə şifrələnmiş kanalla gedir (HTTPS).
- Parol, PIN və kart kodu geri çevrilməyən şəkildə saxlanılır.
- Hesaba SMS ilə ikinci təsdiq qoşula bilər.
- Parol təxmin etmə cəhdləri avtomatik bloklanır.
Uşaqlar
Kassa sistemi və mobil tətbiq restoran işçiləri üçündür. Uşaqlardan bilərəkdən məlumat toplamırıq.
Dəyişikliklər
Siyasət dəyişəndə yeni mətn bu səhifədə dərc olunur və yuxarıdakı tarix yenilənir.