Gecikməni qonaqdan əvvəl siz bilirsiniz
Hər sifarişin öz saatı var və ekranda sayılır. Vaxt normanı keçəndə sətir qırmızılaşır — ofisiant «indi gəlir» deməzdən əvvəl həqiqətən nə qədər qaldığını görür.
Bu, kiçik fərq kimi görünür, amma qonağın narazılığının böyük hissəsi gecikmənin özündən yox, gecikmə barədə yanlış məlumatdan doğur.
Stansiyalara ayırma
Bir sifarişin içindəki yeməklər fərqli yerlərdə hazırlanır. Sistem hər sətri öz stansiyasına göndərir: sac, mangal, soyuq sex, bar. Hər ekran yalnız öz işini görür — bütün sifarişi oxumaq lazım gəlmir.
Hazır olanda zal bilir
Aşpaz sətri «hazırdır» işarələyəndə ofisiant dərhal xəbər tutur. Masaya boş getmək, mətbəxə baxıb qayıtmaq aradan qalxır.
Stop-list
Xammal bitəndə aşpaz yeməyi mətbəx ekranından stop-listə salır. Həmin an:
- Kassada o yemək seçilə bilmir
- QR menyuda görünmür
- Çatdırılma kanallarında da bağlanır
Yəni «satıldı, sonra məlum oldu ki, yoxdur» hadisəsi baş vermir.
Kağız çeklə fərq
Çap olunan çek itir, islanır, sıralanmır və vaxtı ölçmür. Ekran isə növbəni özü sıralayır və hər sətrin nə qədər gözlədiyini saxlayır — bu məlumat sonradan hesabatda da qalır.