Beş operator
Obyekt hansı operatorla müqavilə bağlayıbsa, onu seçirsiniz:
- AzSmart
- NBA
- Omnitech
- Caspos
- OneClick
Operatoru sonradan dəyişmək lazım gəlsə, sistemi dəyişmək lazım gəlmir.
Operator cavab verməyəndə
Ən çox rast gəlinən qorxu budur: operatorun xidməti dayanır və satış dayanırmı? Xeyr. Çek növbədə saxlanılır və əlaqə bərpa olunanda öz sırası ilə göndərilir.
Növbənin vəziyyəti görünür: neçə çek gözləyir, neçəsi təsdiqlənib, hansı xəta ilə qayıdıb. Yəni problem baş verəndə onu həmin gün görürsünüz, vergi yoxlamasında yox.
Fiskal jurnal
Bütün göndərilmiş çeklər ayrıca hesabatda toplanır — sənəd nömrəsi, vaxtı və vəziyyəti ilə. Uyğunsuzluq olsa, hansı çekin harada qaldığı bir baxışda tapılır.
Növbənin açılışı və bağlanışı
Kassa növbəsi açılanda başlanğıc məbləğ qeydə alınır, bağlananda isə sistem gözlənilən məbləği özü hesablayır. Kassir sayıb daxil edir, fərq varsa həmin dəqiqə görünür.
Çek printeri
Fiskal çeklə yanaşı adi çek və mətbəx çeki də çap oluna bilər. Printerlər obyektdəki kiçik xidmət proqramı ilə idarə olunur — brauzer birbaşa printerə çıxa bilmədiyi üçün bu, tələb olunan addımdır.