Nəzəri və faktiki fərq
Texnoloji kart hər yeməyin nədən və nə qədərdən ibarət olduğunu saxlayır. Kassada satış baş verəndə sistem nəzəri sərfiyyatı özü hesablayır: bu qədər satılıbsa, anbardan bu qədər getməli idi.
İnventarizasiya isə faktiki qalığı göstərir. İkisi arasındakı fərq təxmin deyil, rəqəmdir — və restoranda itkinin ən çox gizləndiyi yer məhz oradır.
Yarımfabrikatlar
Bəzi şeylər birbaşa satılmır: pomidor sousu, xəmir, bulyon. Onlar ayrıca istehsal olunur və öz reseptləri var. Sistem bunları ayrıca izləyir — yoxsa sousa gedən pomidor «itmiş» kimi görünür.
Gündəlik əməliyyatlar
- Qəbul — təchizatçıdan gələn mal, sənədlə birlikdə
- Silinmə — xarab olan, düşən, sınan; səbəbi ilə
- İnventarizasiya — sayım və fərqin qeydə alınması
- Transfer — filiallar arasında xammal hərəkəti
- Minimum həddi — qalıq aşağı düşəndə xammal işarələnir
Maya dəyəri
Hər yeməyin maya dəyəri reseptdən və xammalın cari qiymətindən hesablanır. Təchizatçı qiyməti qaldıranda hansı yeməyin gəlirliyinin əridiyi dərhal görünür — menyunu dəyişmək üçün lazım olan yeganə rəqəm budur.
Niyə ayrıca proqram olmamalıdır
Anbarı Excel-də və ya ayrı proqramda saxlayanda satışla əlaqə qopur: nəzəri sərfiyyatı hesablamaq üçün kassa məlumatını əl ilə köçürmək lazım gəlir. O köçürmə həftədə bir dəfə olur, sonra heç olmur.