Restoranın ritmi.
Nəzarət sizdə.
Masadan mətbəxə, kassadan anbara — bütün restoranı bir ekrandan idarə edin. Zalda nə baş verirsə, sabah yox, elə həmin an görünür.
Rəsm deyil — sistemin özü.
Aşağıdakı ekranlar işləyən sistemdən götürülüb. Demoda eyni ekranları öz telefonunuzda və kompüterinizdə görəcəksiniz.
17:50-dən 23:55-ə qədər.
Funksiya siyahısı əvəzinə bir iş axşamı. Hansı anda nə baş verir və sistem orada nə edir — restoranı tanıyan adam üçün ən qısa izah budur.
Kassadakı pul yazıya alınır.
Növbənin başlanğıc məbləği və növbəyə çıxan işçilər qeyd olunur. Gecə kassanı yoxlayanda müqayisə ediləcək rəqəm elə buradan başlayır.
İş qrafiki də sistemdədir: kim nə vaxt gəldi, nə vaxt getdi.
Bütün masalar bir ekranda.
Hansı masa açıqdır, hesabı nə qədərdir, kim baxır — ofisiant da görür, siz də telefondan görürsünüz.
Masa çağıranda kartın özü yanıb-sönür: zalda gəzən ofisiant ekrana uzaqdan baxır, hərəkət gözdən qaçmır.
Gecikməni qonaqdan əvvəl siz bilirsiniz.
Hər yemək öz stansiyasına düşür və öz saatı ilə gözlənilir. Vaxtı keçən sətir qırmızılaşır.
Ofisiant «indi gəlir» deməzdən əvvəl həqiqətən nə qədər qaldığını görür.
İcazəsiz ləğv və endirim olmur.
Ofisiantın icazəsi yoxdursa əməliyyat dayanır. Menecer kassada kartı ilə təsdiqləyir — restoranda deyilsə, telefonuna bildiriş gedir.
Kimin istədiyi və kimin icazə verdiyi yan-yana yazılır. Sonradan «mən vermədim» olmur.
Modem sönəndə kassa sönmür.
Sifariş qəbulu, mətbəx çapı və ödəniş davam edir. Bağlantı qayıdanda hər şey öz-özünə yerinə düşür.
Ofisiant heç nəyi təkrar yazmır, heç bir sifariş itmir. Bulud sistemlərinin ən zəif yeri budur — bizdə deyil.
Nə qədər olmalıdır, nə qədər var.
Sistem gözlənilən məbləği özü hesablayır, kassir sayıb daxil edir. Fərq varsa həmin dəqiqə görünür.
Səhəri gün «yəqin səhv salıblar» söhbəti olmur — rəqəm və vaxt yerindədir.
Pul çox vaxt oğurlanmır — sadəcə yazılmır.
Restoranda itkinin böyük hissəsi böyük cinayətdən yox, heç yerdə görünməyən kiçik əməliyyatlardan gəlir. Üç ən çox rast gəlinəni:
Sifariş verildi, yemək getdi, sətir silindi.
Kassada sətri silmək bir toxunuşdur. Yemək mətbəxdən artıq çıxıbsa, o pul heç bir sənəddə qalmır.
«Tanışdır, 20% edək.»
Gün ərzində bir neçə belə endirim ayın sonunda ciddi məbləğdir. Amma kim verdi, niyə verdi — cavabı yoxdur.
10 kq ət neçə porsiya verməlidir?
Reseptə görə 40. Kassada 34 satılıbsa, qalan 6 porsiyanın harada olduğu sualdır — və bu sual adətən verilmir.
Sualınız var — cavabı hazır durur.
Heç nə qurmaq, filtr yazmaq, Excel-ə köçürmək lazım deyil. Restoran sahibinin adətən verdiyi suallar sistemdə hazır bölmədir.
Qonağın telefonu ikinci ofisiantınızdır.
Şəkilli menyu, masadan sifariş və ofisiant çağırışı. Menyu kassa ilə eyni bazadan işləyir — iki yerdə menyu saxlamırsınız.
bu gün yoxdur
az bişmiş48,00
Çağırış zal ekranında görünür.
Restoranın bütün tərəfi, bir sistemdə.
Baza abunə zalı, menyunu, kassanı və hesabatları əhatə edir. Qalanı lazım olduqca açılır — istifadə etmədiyiniz bölmə ekranınızı da qarışdırmır.
Hər bölmə ayrıca izah olunub
Standartdır. Hamı üçün eyni.
«Sizin üçün ayrıca hesablayaq» yoxdur, paket pilləsi yoxdur, modul siyahısı yoxdur. Bir qiymət var, saytda yazılıb və elə ödəyəcəyiniz də odur.
Hər şey daxil — modul, terminal və paket seçimi yoxdur
- Masa planı, sifariş qəbulu və ödəniş
- Kassa növbəsi və nağd nəzarəti
- Menyu, modifikatorlar və qiymətlər
- İşçi qrafiki, rollar və icazələr
- Mətbəx ekranı, anbar və texnoloji kartlar
- QR menyu və masadan sifariş
- E-kassa inteqrasiyası və 12 hazır hesabat
- Yeniliklər və dəstək — əlavə ödənişsiz
Əlavə sətir yoxdur
Terminal sayına görə artım yoxdur, modul üçün ayrıca ödəniş yoxdur, «bu bölmə başqa paketdədir» cavabı yoxdur. Sistemdə nə varsa, 50 ₼-a daxildir.
Bağlayan şərt yoxdur
İllik müqaviləyə məcbur etmirik. Quraşdırma və məlumatların köçürülməsi barədə birbaşa danışırıq — qiymət kimi, o da gizli deyil.
Əvvəlcə baxın
Kassanı, mətbəx ekranını və QR menyunu sizə göstərək, sonra özünüz sınayın. Bir zəng kifayətdir.
Bir axşam sınayın. Fərqi elə həmin gecə görəcəksiniz.
Zəng edin — demonu sizə uyğun vaxtda göstərək. Kassanı, mətbəxi və QR menyunu öz telefonunuzda sınayacaqsınız.